Raffi Ovannisyan: “Sarkisyan bu imza ilə Ermənistanı satdı”
Bizi izləyin

Dünya

Raffi Ovannisyan: “Sarkisyan bu imza ilə Ermənistanı satdı”

Ermənistanda getdikcə artan sosial narazılıq dünən ölkənin Avrasiya İqtisadi İttifaqına qoşulması ilə pik nöqtəyə çıxdı. Minskdən belə bir nəticəni gözləyən müxalifət isə mitinqi dünən keçirməklə xalqın rejimə qarşı olan narazılığını istiqamətləndirmiş oldu.

İrəvanın Azadlıq meydanında keçirilən mitinqdə keçmiş prezident Levon Ter-Petrosyanın rəhbəlik etdiyi Erməni Milli Konqresi, Raffi Ovannisyanın “İrs” və oliqarx Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” partiyaları iştirak etdi. Məşhur müxalifət dördlüyünə daxil olan “Daşnaksütyun” Partiyası isə bəzi fikir ayrılıqlarına görə mitinqə qatılmamışdı.

Opponentlər ölkədə hakimiyyətin tamamilə dəyişməsini və prezident Serj Sarkisyanın istefasını tələb etdilər.

“İrs” Partiyanın lideri Raffi Ovannisyan çıxışı zamanı bildirdi ki, ölkənin Serj Sarkisyan tərəfindən həyata keçirilən siyasi kursu “tale səhvi”dir: “Serj Sarkisyan bir il əvvəl Ermənistanın Gömrük Şurasına üzvlüyü barədə qərar qəbul etdi, bu gün isə Avrasiya İqtisadi İttifaqına birləşmə haqqında müqaviləni imzaladı. Bu 1921-ci il Moskva müqaviləsinin davamıdır. Hansı ki, Ermənistan Rusiya, Azərbaycan və Türkiyə arasında bölündü”.

Onun sözlərinə görə, dövlət başçısı erməni xalqının iradəsinə məhəl qoymadan Avrasiya İqtisadi İttifaqına birləşmə haqqında müqaviləni imzalayıb. “Sarkisyan bu sənədin altına imzasını qoymaqla Ermənistanı satdı”, - deyə Ovannisyan vurğulayıb.

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bildirdi ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına birləşməsi "dönməz faktdır".

O, qeyd edib ki, Ermənistanda hakimiyyət dəyişikliyi üçün ən münasib vaxt gəlib çatıb: “Hakimiyyət çılpaqlaşdı və müxalifət birləşdi. Ter-Petrosyan növbəti mitinqdə hakimiyyət dəyişikliyi üzrə müxalifət güclərinin daha ətraflı planını təqdim edəcəyinə söz verdi.

“Çiçəklənən Ermənistan" Partiyanın lideri Qaqik Sarukyan isə “Ermənistan çiçəklənəcək və bu prosesə bu gün başladı” deməklə çıxışını bir cümləyə yerləşdirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm