Dünya
ABŞ hava limanlarında Ebola həyəcanı
ABŞ hakimiyyəti Nyu-Yorkun JFK hava limanında 4 mindən artıq adamın ölümünə səbəb olmuş Ebola virusuna qarşı nəzarəti gücləndirib.
Publika.az BBC-yə istinadən xəbər verir ki, hava limanında əsasən Ebola virusunun ən çox yayıldığı ölkələrdən gələn sərnişinlər nəzarətdən keçəcəklər.
Eyni nəzarət prosedurları Nyu York-un başqa hava limananları ilə yanaşı Çikaqo, Vaşinqton və Atlantada tətbiq olunacaq.
Ümumdünya Səhiyyə Təşkilatının son rəqəmlərinə görə dünya boyu 4033 adam virusa yoluxma nəticəsində həyatını itirib.
Ölüm hallarının mütləq əksəriyyəti Qərbi Afrika ölkələrində yer alıb.
Liberiya, Syerra-Leone və Qvineya reyslərinin sərnişinləri bir sıra suallara cavab verməli olacaqlar və buna ehtiyacın yarandığı təqdirdə tibbi müayinədən keçə bilərlər.
ABŞ ərazisində ilk dəfə Ebola virusunu daşıyan şəxsin aşkar olunmasından sonra hökumət virusla mübarizəyə yönələn səylərinin artırılacağını vəd edib.
Liberiyada virusa yoluxduğu deyilən Thomas Duncan Texas ştatındakı xəstəxanada çərşənbə günü vəfat edib.
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ