PKK-nın bölgə koordinatorları yaxalandı – VİDEO
Bizi izləyin

Dünya

PKK-nın bölgə koordinatorları yaxalandı – VİDEO

Kobanidə İŞİD yaraqlıları ilə toqquşmada yaralanan PKK koordinatorları Türkiyəyə girən zaman yaxalanıblar.

Publika.az “Hürriyət”ə istinadən xəbər verir ki, “Kanal D”nin məlumatına görə, PKK-nın axtarışda olan üzvləri arasında Diyarbəkir bölgə koordinatoru, “Sofi” kod adlı Səlahəddin Dilək (fotodakı şəxs - red) yaraqlı kimi Türkiyəyə gətirildikdən sonra Suruc Dövlət Xəstəxanasında xüsusi təyinatlıların təşkil etdiyi əməliyyatda ələ keçirilib. Səlahəddin Dilək Diyarbəkir bölgəsində onlarla hücumu təşkil edib, o cümlədən polis bölmələrinə basqınlarda da iştirak edib. Səlahəddinin həmçinin qaçırılan əsgər və polisləri sorğulayaraq onlardan bəzilərinin ölüm əmrini verdiyi bildirilir. Diləkin əməliyyat nəticəsində xüsusi təyinatlılar tərəfindən yaxalanaraq gizli bir xəstəxanada müalicə aldığı qeyd olunub.

Eyni zamanda, PKK-nın Hakkari bölgə koordinatoru, “Rızqar” kod adlı Salman Atəş də təşkil edilən əməliyyatda yaralı vəziyyətdə yaxalanıb. Salman Atəşin də 2009-cu ildən indiyədək PKK terror təşkilatı adından şəhər ətrafında silahlı fəaliyyət göstərdiyi bildirilib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm