Honq-Konqda həyəcan: 2 min nəfər təxliyyə olundu
Bizi izləyin

Dünya

Honq-Konqda həyəcan: 2 min nəfər təxliyyə olundu

İkinci dünya müharibəsindən qalmış aviasiya bombası bu gün zərərsizləşdirilib. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, çəkisi 1 tona yaxın olan AN-M66 bombası yeraltı obyektin tikintisi zamanı, Cosmo otelinin yaxınlığında aşkarlanıb.

Nəhəng döyüş sursatının zərərsizləşdirilməsi işi 17 saat davam edib. Həmin müddət ərzində yaxınlıqda yaşayan 2 min nəfər adam təxliyyə olunub.

Qeyd edək ki, Yaponiya 1941-ci ildə Britaniya koloniyası olan Honq-Konqa hücum edib. Adanın işğalı 1945-ci ilə qədər davam edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm