Dünya
Kameron Avropa Birliyini nüfuzdan salır
Böyük Britaniyanın baş naziri Devid Kameronun Avropa Birliyinin daxilində miqrasiya qaydaları ilə bağlı planı Avropa qanunlarına ziddir.
Publika.az-ın verdiyi məlumata görə, bu barədə Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu Britaniyanın BBC telekanalına bildirib.
Barrozu qeyd edib ki, Avropa Birliyinin sərhədləri daxilində immiqrantların hərəkəti prinsipi Avropanın ən əhəmiyyətli prinsipidir və onu saxlamaq lazımdır.
Böyük Britaniyanın baş naziri dəfələrlə bildirib ki, Avropa Biriliyində islahatlar aparılmalı, xüsusi olaraq qurum daxilində miqrasiya qaydaları sərtləşdirilməlidir. Britaniya Avropa Birliyinin üzvü olsa da, Şengen zonasına daxil deyil.
Şengen zonası ölkələri arasında sərhəd yoxlama məntəqələri ləğv olunub və Şengen vizası almış turist və qonaqların Zona daxilində sərbəst hərəkəti təmin edilib.
Ömər Dağlı
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər