Vəfat edənlərin əmlaklarını mənimsəyən "qara dəllallar" yaxalandı
Bizi izləyin

Dünya

Vəfat edənlərin əmlaklarını mənimsəyən "qara dəllallar" yaxalandı

Rusiyanın paytaxtı Moskva şəhərində “Qara dəllal” dəstəsinin üzvləri saxlanılıb.

Rusiyanın paytaxtı Moskva şəhərində “Qara dəllal” dəstəsinin üzvləri saxlanılıb.Publika.Az –ın “İnterfaks” xəbər agentliyinə istifadən verdiyi məlumata göpə, ermənilərdən təşkil olunan mütəşəkkil cinayətkar dəstə dələduzluqda ittiham olunur.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, mülk dələduzluğunda ittiham olunan ermənilərin yaşadıqları mənzillərdə aparılan axtarışlar nəticəsində partlayıcı maddələr, iki qumbara və saxta sənədlər tapılıb. Nazirlik mütəşəkkil dəstə üzvlərinin yaxın günlərdə ölən insanlar haqqında informasiya topladığını bildirib.

“Cinayətkarlar saxta sənədlərdən istifadə edərək mənzilləri qurama şəxslərin adına yenidən rəsmiləşdirərək satırdılar", - “İnterfaks”ın xəbərində deyilir. Dəstə üzvləri Rusiya və Ermənistanın müxtəlif regionlarının sakinləridir. Onların vəzifələri əvvəlcədən bölüşdürülmüşdü.Saxlanılanların hamısı həbs olunub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm