ABŞ-dan Rusiya metallurgiyasına böyük zərbə
Bizi izləyin

Dünya

ABŞ-dan Rusiya metallurgiyasına böyük zərbə

ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları metallurgiya sahəsini vuracaq.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, ABŞ Ticarət Nazirliyi 15 il əvvəl imzalanmış razılaşmanın qüvvədən düşməsi barədə qərar qəbul edib.

Həmin qanun Rusiya poladına rüsumlarsız ABŞ bazarına daxil olmağa icazə verirdi. ABŞ Ticarət Nazirliyi razılaşmanın qüvvədən düşməsi barədə məktubu Rusiya tərəfinə göndərilib. Məktubda bildirilir ki, razılaşma 60 gün sonra öz gücünü itirəcək və ABŞ-ın antidempinq rüsumu haqqında qanunun tətbiqinə başlanılacaq.

1999-cu ildə imzalanan razılaşma Rusiya polad şirkətlərinə böyüb antidempinq rüsumlarından yayınmağa icazə verirdi. Razılaşmanın qüvvədən düşməsindən sonra Severstal Rusiya Poladının məhsullarına 73,59 faiz, Novolipetsk və Maqnitiqorsk metallurgiya kombinatlarının məhsullarına 184,56 faiz rüsum tətbiq olunacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm