İŞİD artıq Rusiyada – “Tam müdafiə olunmaq gücündə deyilik”
Bizi izləyin

Dünya

İŞİD artıq Rusiyada – “Tam müdafiə olunmaq gücündə deyilik”

Xəbər verildiyi kimi, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları ölkə ərazisində İŞİD üçün döyüşçülərin cəlb edilməsi və bu qruplaşmanın maliyyələşdirilməsi mənbələrini üzə çıxarmaq üçün genişmiqyaslı əməliyyat başlayıb. Əməliyyatın gedişində onlarla şübhəli həbs olunub. O cümlədən Moskvada İŞİD-ə qoşulan 6 şəxs saxlanılıb.

“Əvvəllər onlar normal və işgüzar uşaqlar idilər. Bir il əvvəl isə islamın radikal qruplaşmalarına qoşulan şəxslərlə birləşdilər. Saqqallarını uzatdılar. Daha sonra informasiya çıxdı ki, avtoservisdən əldə olunan gəlirlərin bir hissəsi Suriyaya göndərilir. Bundan başqa işçilər və onların direktoru digər Azərbaycan vətəndaşları arasında öz ideyalarını yayaraq onları Suriyaya döyüşməyə getməyə inandırmağa çalışırdılar”, - deyə “Rosbalt”ın mənbəyi bildirib.

Son iki həftə ərzində Moskvada İŞİD-ə pul göndərən və Suriyada müharibədə iştirak üçün könüllüləri toplayan miqrant qruplar saxlanılıb. “Rosbalt” agentliyinin mənbəsi bildirib ki, analoji əməliyyatlar Rusiyanın başqa regionlarında da həyata keçirilib. Onun sözlərinə görə, əks-kəşfiyyatçılar Başqırdıstanda yerli sakinlərin yalnız Suriya deyil, həmçinin Pakistan və Əfqanıstana döyüşlərdə iştirak üçün yola düşdüyünü müəyyənləşdirib.

“Alfa" qrupunun veteranlar assosiasiyasının prezidenti Sergey Qonçarov qeyd etdi ki, Rusiya “İslam Dövləti” ideyalarının nüfuz etməsindən tamamilə müdafiə olunmaq gücündə deyil: “Çətin ki, Rusiya dəmir və ya daş hasarlarla İŞİD-dən yüz faiz qorunmaq iqtidarındadır. Hamı əla anlayır ki, “İslam Dövləti”nin döyüşçülərindən tamamilə xilas olmağı bacarmayacağıq. Təsdiq edərdim ki, Rusiyaya İŞİD ideologiyasının keçməsi prosesləri başlanıb. Rusiya İŞİD üçün xüsusi zonadır və prosesləri xüsusi xidmət orqanlarımız çox diqqətlə müşahidə etməlidir”.

S.Qonçarov eyni zamanda qeyd edir ki, Rusiyada ekstremizmin partlayışı olmayacaq. O, fikrini “İslam Dövləti”nin təbliğat sisteminin əsasən avropalılara qarşı yönəlməsi ilə izah edir: “İŞİD-in təbliğatının altına bir sıra cavan insanların düşməsini istisna etmirəm. Bu halda xaricə istirahətə və oxumağa gedənlər xüsusi risk qrupuna daxildir. Bu problem yaranıb, yaranır və bundan sonra da yaranacaq”.

O, bildirib ki, ekstremist axınlara qarşı hazırda Şimali Qafqaz respublikalarında aparılan mübarizəni yüksək qiymətləndirir: “Olduqca sevindiricidir ki, Çeçenistan Respublikası və digər Şimali Qafqaz respublikalarında bu problemin öhdəsindən gəlirlər. Ən azından bu respublikalarda informasiyaların nüfuz etməsinin qarşısını almağa çalışırlar. Mən başqalarını Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovdan öyrənməyi məsləhət görərdim. O, problemi çox ciddi qəbul edir və tamamilə doğru hərəkət edir”.

Etnologiya İnstitutunun Etnopolitik Tədqiqatlar Mərkəzinin böyük elmi işçisi Əhməd Yarlıkapov isə qeyd edib hazırda rusiyalıların "İslam Dövləti"nin sıralarına axını azalıb: “Məsələ ondadır ki, faktiki olaraq kim vuruşmağa getmək istəyirdisə, artıq gedib. Heç kimə sirr deyil ki, ekstremistlər burada Suriya və İraqda olduğu qədər şanslara və ya əhəmiyyətli müvəffəqiyyətə malik deyillər. Buna “Qafqaz Əmirliyi” açıq nümunədir. “Qafqaz Əmirliyi” göstərdi ki, belə model Rusiya ərazisində heç bir perspektivə malik deyil. Bu layihə sadəcə olaraq ona görə uğurlu alınmadı ki, insanlar, sadə müsəlmanlar bu ideyanı dəstəkləmirlər. “Qafqaz Əmirliyi” üçün vuruşanlar sonradan Suriya və İraqda vuruşmağa getdilər”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm