• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Hökumət buraxıldı

  • Dünya
  • 31 Oktyabr 2014 03:31
  • 411 Baxış
Hökumət buraxıldı

Burkina- Faso prezidenti Blez Kompaore bu gün hökumətin buraxıldığını elan edib.

Publika.az-ın “Röyters” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, dövlət başçısı həmçinin ölkədə kütləvi nümayişlər keçirildiyi üçün fövqəladə vəziyyət tətbiq edib.

B.Kompaore vətəndaşları nümayişləri dayandırmağa və dialoqa başlamağa çağırıb: “Mən dəyişikliklərə şərait yaratmaq üçün hökuməti buraxıram. Mən etirazlara son qoymaq üçün siyasi müxalifətin liderlərini dialoqa çağırıram. Böhrana son qoymaq üçün nümayişlərin bütün iştirakçıları ilə danışıqlara başlayacağıma söz verirəm”.

Bu gün nümayişçilər parlament binasını nəzarət altına alıblar. Etirazçılar bütün sənədləri məhv edərək kompüterləri oğurlayıb. Həmçinin televiziya binasını ələ keçirən etirazçılar yayımı dayandırıblar.

Burkina- Fasonun paytaxtı Uaqaduquda kütləvi nümayişlər oktyabrın 28-də başlayıb. On minlərlə insan Kompaorenin prezident müddətinin uzadılmasına qarşı etiraz edir.

Xatırladaq ki, Kompaore 1987-ci ildə hərbi çevrilişlə hakimiyyətə gəlib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR