Dünya
Separatçılardan qorxuducu iddia: “Bizdə nüvə başlığı var”
Rusiya vətəndaşı, “Luqansk Xalq Respublikası” separatçı qurumu tərəfində vuruşan “Donun böyük qoşunu”nun atamanı Nikolay Kozisın şok iddia ilə çıxış edib.
Publika.az-ın xəbər verir ki, kazak hərbçi “Gazeta.ru”ya müsahibəsində Luqansk döyüşçülərində nüvə silahının olduğunu deyib.
“Bizin sərəncamımızda nüvə döyüş başlığı var. Ukraynada bu silahdan dördü var idi, birini biz ələ keçirdik, qalanları isə yoxa çıxdı. Ukrayna yaxşı bilir ki, nüvə döyüş başlığından biri bizdədir”, - deyə Nikolay Kozisın vurğulayıb.
O, həmçinin faktiki olaraq Malayziyanın “Boeing-777” sərnişin təyyarəsinin vurulmasında separatçıların günahkar olduğunu təsdiqləyib.
Xatırladaq ki, 15 sentyabrda Ukrayna müdafiə nazirinin məsləhətçisi Aleksandr Danilyuk Donbasda olan Rusiya hərbçilərinin “Tülpan” 2S4 minaatanlarından istifadə etdiyini bildirib. A.Danilyuk minatanların döyüş komplektində nüvə mərmilərinin olduğunu diqqətə çatdırmışdı.
“Don kazakı” N.Kozisın Ukrayna Cinayət Məcəlləsinin 258-ci maddəsi (terror təşkilatının yaradılması) ilə təqsirli bilinərək barəsində cinayət işi qaldırılıb. Onun İnterpol vasitəsilə axtarışı elan edilib. Onun adı iyulun əvvəlində Kanadanın maliyyə və viza sanksiyaları siyahısına salınıb.
Ömər Dağlı
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO