• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Ukrayna kəşfiyyatı terrorçu “Gürzə”ni tutdu - VİDEO

  • Dünya
  • 3 Noyabr 2014 16:46
  • 1 189 Baxış
Ukrayna kəşfiyyatı terrorçu “Gürzə”ni tutdu - VİDEO

Ukrayna Milli Təhlükəsizlik Xidməti Mariupolda yerləşən blokpostda törədilən terror aktının bilavasitə iştirakçısını müəyyənləşdirib.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, həmin şəxs separatçıların hərbi bölmələrindən birinin komandir müavinidir.

Onun ləqəbinin “Gürzə” olduğu deyilir. Milli Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, qurumun əks-kəşfiyyatı “Gürzə”nin terror aktında iştirakını müəyyənləşdirərək onu saxlayıb. Həmçinin o da müəyyən edilib ki, “Donetsk Xalq Respublikası” separatçı qurumun hərbi bölmələrinin rəhbərləri olan “Elçi” və “Çexov” ləqəbli şəxslər terror əməliyyatına bilavasitə rəhbərlik ediblər.

Araşdırma nəticəsində məlum olub ki, terror aktı üçün yerli sakinin avtomobilindən ondan xəbərsiz istifadə edilib. Mütəxəssislər tərəfindən içinə partlayıcı maddə qoyulmuş maşını pilotsuz təyyarə müşayiət edib və ona hərəkət koordinatlarını verib. Maşın antiterror güclərinin blokpostuna yaxınlaşanda isə cinayətkarlar mobil telefonun köməyi ilə partlayıcı qurğunu işə salıblar.

Xatırladaq ki, terror aktı dünən həyata keçirilib. Hadisə nəticəsində Ukraynanın iki hərbi qulluqçusu həlak oldu, daha biri yaralanıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR