ABŞ-dan xahiş: “Rusiya və “İslam Dövləti”nə qarşı yeni qoşunlar göndər”
Bizi izləyin

Dünya

ABŞ-dan xahiş: “Rusiya və “İslam Dövləti”nə qarşı yeni qoşunlar göndər”

Şimali Atlantika İttifaqı (NATO) Pentaqondan Avropaya Rusiya və “İslam Dövləti” terror qruplaşmasına qarşı yeni qoşunlarını göndərməyi xahiş edir.

Publika.az-ın verdiyi xəbərə görə, belə bir xahişi NATO-nun Avropadakı silahlı qüvvələrinin komandanı, general Filip Bridlav “Stars and Stripes” hərbi nəşrinə müsahibəsində səsləndirib.

“Rusiyanın hərəkətləri və “İslam Dövləti” terror qruplaşmasına görə Avropa qarşısında yeni çağırışlar çıxıb. Biz Şərqi Avropa, o cümlədən Baltika ölkələri, Polşa və Rumıniya üzərində yüksək təzyiq hiss edirik”, - deyə Bridlav bildirib.

Bununla belə, NATO-nun generalı yeni qoşunların Şəriq Avropada yerləşdiriləcəyi halda onların qarşısına hansı hədəflərin qoyulacağı barədə danışmayıb. Onun sözlərinə görə, Ukrayna sərhədi boyunca Rusiya batalyonlarının sayı 18-dən 7-yə qədər azalsa da, sərhəddəki Rusiya əsgərlərinin sayı naməlum olaraq qalır.

F.Bridlav iddia edir ki, Rusiya qoşunları kifayət qədər aktivdir və Ukraynanın şərqindəki separatçı qurumlarda keçirilən “seçkilər” ərəfəsində xeyli sayda hərbi texnika sərhəddə yerləşdirilib.

Bundan əvvəl isə NATO generalı Donbasda 300 rus hərbi təlimatçısının separatçılara təlim keçdiyini deyib. Onun sözlərinə görə, Rusiya hökuməti Ukrayna hərbçiləri və separatçılar arasında bölücü xəttinin möhkəmləndirilməsində separatçılara fəal dəstək verməkdə davam edirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm