Dünya
“Facebook inqilabı”nın məşhur müəllifi üzə çıxdı - FOTO
Ötən il Azərbaycanda “Facebbok inqilabı”nın müəllifi kimi tanınan Aleksey Qriqoryevs üzə çıxıb.
Publika.az xəbər verir ki, Rusiya mediasına müsahibə verən
Qriqoryevs Latviyada siyasi durumu şərh edib. Rusiyanı tənqid edən
latviyalı Qriqoryevs onun Latviyaya müdaxilə cəhdlərindən danışıB.
Həmçinin, Latviyada ruspərəstlərin bu işdə iştirakına toxunur.
“Latviya uzun illərdir öz müstəqilliyini qurub. Bizdə Rusiyaya
münasibət birmənalı olmasa da, tam mənfi olduğunu da demək olmaz.
Hər şey Ukraynadan sonra dəyişdi. Krım və Ukrayna hadisələri
sevgidən nifrətə birbaşa keçid oldu və bu gün Rusiya ilə ticarət
əlaqələri aşağıya doğru yuvarlanır. Vaxtilə Latviyanın ticarət
dövriyyəsi 100 faiz Rusiya və digər post-sovet ölkələri ilə idi.
İndi isə daha çox Avropa üstünlük təşkil edir. Bunun əleyhinə
çıxanlar olsa da, artıq hər şey arxada qalıb”, - deyə o
bildirib.
Amerika Demokratik İnstitutunun Azərbaycan nümayəndəliyinin keçmiş
rəhbəri Aleksey Qriqoryevsin adı azərbaycanlılar üçün ötən ilin
mart ayında aktuallaşmağa başlayıb. Həmin vaxt mediada yayılan
məlumatlara görə, Qriqoryevsin müəllifliyi ilə Bakıda “facebook”
inqilabına cəhdlər olub, lakin bu baş tutmayıb.
Qeyd edək ki, o, Latviyada anadan olub. 59 yaşı var. İxtisasca filoloq olan A. Qriqoryevs vaxtilə Latviya parlamentində də təmsil olunub. Onun haqqında daha çox siyasi texnoloq kimi bəhs edilir. Məlumatlara görə, SSRİ-nin süqutundan sonra postsovet məkanında aktiv siyasi fəaliyyətlə məşğul olub və Rusiyada Milli Demokratiya İnstitutu vasitəsilə inqilab planlarının hazırlanmasında rol alıb. Bu reallaşmadığı təqdirdə, həmin ssenari Gürcüstana daşınıb və burda uğurla nəticələnib. Onun 2004-cü ildə Ukraynadakı məlum olaylarda da iştirak etdiyi deyilir. Moldovada bu ssenari baş tutmasa da, uğurlu Gürcüstan və Ukrayna modelindən sonra Azərbaycan gəlib. Onun Azərbaycanda aktiv fəaliyyəti isə daha çox 2009-cu ildən müşahidə olunub. 2013-cü ildə isə rəhbərlik etdiyi institutun ölkədə fəaliyyəti dayandırılıb və Qriqoryevs Bakını tərk edib. O vaxtdan Aleksey Qriqoryevsdən xəbər yox idi.
Asif Nərimanlı
-
İKT23:24
İki qurum kiberdələduzlarla bağlı əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin123:07
"Avroviziya-2024" mahnı müsabiqəsinin birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ
-
Magazin222:24
İki qızdan biri indi çox məşhurdur - 40 ildən sonra eyni pozada FOTO
-
Magazin121:48
Ağakərimin son vəziyyəti AÇIQLANDI - FOTO
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmandan polisə şikayət etdi - FOTO