Almaniya məhkəməsi hicab qadağasını təsdiq etdi
Bizi izləyin

Dünya

Almaniya məhkəməsi hicab qadağasını təsdiq etdi

Almaniyada hicab taxdığına görə dərsə buraxılmayan iki qızın valideynləri məhkəməyə şikayət edib. Məhkəmə isə özəl məktəblərdə hicaba qadağa qoyula biləcəyinə dair hökm çıxarıb.

Publika.az xəbər verir ki, hadisə Almaniyanın Köln şəhərində baş verib. 13 yaşlı iki qızın dərsə hicabla getmək istəməsi məktəb müdiriyyətinin xoşuna gəlməyib. Uşaqların dərsə buraxılmaması sonda məhkəməyə müraciət edilməsinə səbəb olub.

Qızların valideynlərinin şikayət etdiyi Bonn Əyalət Məhkəməsi isə müdiriyyətin hicab qadağasını haqlı hesab edib. Belə ki, məhkəmə dövlət məktəblərindən fərqli olaraq, özəl məktəblərdə müdiriyyətin qərarlarına qadağa qoya bilməyəcəyini qeyd edib.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm