FTB-dən Martin Lüter Kinqə təhqir dolu məktub – TARİX
Bizi izləyin

Dünya

FTB-dən Martin Lüter Kinqə təhqir dolu məktub – TARİX

ABŞ-ın Federal Təhlükəsizlik Bürosunun (FTB) Martin Lüter Kinqə göndərdiyi imzasız məktub olduğu kimi ortaya çıxarılıb. Bu məktubda Kinqə qarşı “saxtakar, şeytan, zinakar” kimi təhqir dolu ittihamlar yer alıb.

Publika.az “Radikal”a istinadən xəbər verir ki, “New York Times” qəzeti FTB tərəfindən ABŞ-ın məşhur zənci siyasi lideri Martin Lüter Kinqə yazılan məktubun tam mətnini dərc edib. Qeyd edək ki, Kinqin məşhur “Bir arzum var” adlı nitqindən sonra ona göndərilən imzasız məktub bundan əvvəl senzuraya uğramış şəkildə ictimaiyyətə təqdim edilmişdi. Bu məktub Kinqin ölümündən sonra “İntihar məktubu” adlandırılıb. Çünki iddiaya görə, FTB-dən göndərilən məktubda zənci liderdən intihar etməsi istənilib.

“New York Times”ın məlumatına görə, məktubun əksər hissəsində Martin Lüter Kinqin özəl həyatından bəhs edilib. Məktubda Kinqə “saxtakar, zinakar, şeytan, gerizəkalı, pis insan” kimi təhqirlər ünvanlanıb. Məktubu yazan şəxs Kinqin qadınlarla əlaqələri barəsində kifayət qədər məlumatlı olduğunu qeyd edərək “sən axmaq, anormalsan, heyvansan. Sənin məndə kasetin var” deyərək, hədə-qorxu gəlib.

Sadəcə, 34 günün qalıb

Məktubda həmçinin Kinqin və dostlarının “qrup seks”, “zina” və “əxlaqsız münasibətlər” yaşadığı bildirilib. Məktub “Kinq, özün üçün bundan sonra sadəcə bir şey edə bilərsən. Bunun da nə olduğunu çox gözəl bilirsən. Sənin üçün bir çıxış yolu var. Bu yoldan istifadə eləmək üçün sadəcə 34 günün qalıb. Bu saxtakar, anormal şəxsiyyətini bütün ölkəyə göstərmədən əvvəl bunu eləsən, yaxşı olar” cümlələri ilə sona çatıb.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm