Qondarma respublikanın baş nazirini döydülər - FOTO
Bizi izləyin

Dünya

Qondarma respublikanın baş nazirini döydülər - FOTO

Suxumidə tanınmamış "Abxaziya Respublikası"nın "baş naziri" Beslan Butbaya hücum edilib.

Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, baş nazir bədən xəsarəti alıb.

Abxaziya Daxili İşlər naziri Raul Loluanın bildirdiyinə görə, baş nazir saat 21.30-da ailəsi ilə birlikdə yolda olarkən, başqa bir avtomobil onun yolunu kəsib. Avtomobildən düşən naməlum şəxslər Beslan Butbaya bədən xəsarəti yetirərək aradan çıxıblar.

Butba mühafizəsiz olub. O, dərhal Daxili İşlər nazirinə zəng edib.

"Baş naziri döyənlərin avtomobili "Eşera" postunda saxlanılıb. Həmin avtomobildə iki kişi, bir qadın olub. Onların şəxsiyyəti müəyyən edilib", - Raul Lolua deyib.

Saxlanılan iki kişi polusə gətirilərək sorğu-sual edilib. Onlar hadisəni törədərkən içkili olublar.

Beslan Butbaya beyin silkələnməsi dianozu qoyulub. O, tibbi yardım aldıqdan sonra evinə gedib. Onun həyatına təhlkə yoxdur.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm