Ukrayna ordusu müharibəyə hazırlaşır
Bizi izləyin

Dünya

Ukrayna ordusu müharibəyə hazırlaşır

“Ukrayna ordusu mümkün tammiqyaslı müharibəyə hazırlaşmaqda davam edir”.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya-analitik mərkəzinin rəhbəri Andrey Lısenko Kiyevdə keçirdiyi brifinqdə bildirib.

Jurnalistin “Rusiya ilə tammiqyaslı müharibə mümkündürmü” sualına cavab olaraq A.Lısenko qeyd edib ki, Ukrayna hərbçiləri vəziyyətin istənilən inkişafına, həmçinin təcavüzə hazır olmalıdır: “Bunun üçün artıq müdafiənin birinci xətti hazırlanıb. Hərbi bölmələrimiz gücləndirilib və müdafiənin əlavə texniki vasitələri konservasiyadan çıxarılıb. İnsanların əlavə bölmələri hazırda aktiv ehtiyatdadır və istənilən istiqamətdə irəli hərəkət etməyə hazırdır”.

Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenko da Almaniyanın “Bild” nəşrinə müsahibəsində Ukrayna ən pis ssenarilərə, həmçinin Rusiya ilə müharibəyə hazır olduğunu deyib.

Dövlət başçısı Ukrayna ordusunun beş ay əvvəlki ilə müqayisədə əhəmiyyətli dərəcədə yaxşı vəziyyətdə olduğunu deyib: “Bundan başqa, bütün dünya bizi dəstəkləyir. Bizim əsgərlərimiz göstərdilər ki, öz ölkəsini qorumağı bacarırlar. Ukrayna yalnız sülh istəyir, amma təəssüf ki, ən pis ssenarilərə baxmağa məcburuq. Mənim ölkəmdə minlərlə Rusiya hərbçisi, yüzlərlə tankı və ağır artilleriya sistemi var. Dünyanın ən böyük ordulardan biri bizi və bütün Avropanı hədələyir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm