İstanbulda ikinci “Gəzi Parkı problemi” - VİDEO
Bizi izləyin

Dünya

İstanbulda ikinci “Gəzi Parkı problemi” - VİDEO

İstanbulda ikinci “Gəzi parkı inqilabı” başlaya bilər.

Publika.az “Sözçü”yə istinadən xəbər verir ki, İstanbulun Taksim küçəsində yerləşən Gəzi parkının Respublika küçəsi ilə kəsişməsindəki hissəsi qazılır. Parkda qazıntı işlərini görən 20 nəfərlik qrup gecəni ərazidə keçirib. Sosial şəbəkələrdə bir-biri ilə xəbərləşən gənclər qazıntı işlərinə sərt reaksiya göstərib.

Gecəni parkda qalan vətəndaşlardan birinin dediyinə görə, park ərazisində avtobus dayanacağı tikiləcək.

Xatırladaq ki, 2012-ci ilin mart-iyun aylarında insanlar hökumətin İstanbulun Taksimdə yerləşən Gəzi parkının uçuraraq yerində alış-veriş mərkəzinin tikmək planına sərt reaksiya vermişdilər. O zaman baş nazir Rəcəb Tayyib Ərdoğan həmin ərazidə məscid tikiləcəyini vəd etsə də, kütlə sakitləşməmişdi. Nəticədə, Gəzi parkı dağıdılmaqdan xilas edildi.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm