Türkiyə Hərbi Hava Qüvvələrində ilk – generallar havaya qalxdı
Bizi izləyin

Dünya

Türkiyə Hərbi Hava Qüvvələrində ilk – generallar havaya qalxdı

Türkiyə Hərbi Hava Qüvvələrinin tarixində ilk dəfə iki ordu generalı eyni vaxtda “F-16” qırıcıları ilə havaya qalxıblar.

Publika.az “Sabah”a istinadən xəbər verir ki, Suriyada yerləşən Süleyman Şah türbəsinin mühafizə idarəsinin qorunması üçün həyata keçirilən uçuş zamanı Hərbi Hava Qüvvələrinin komandanı general Akın Öztürk və Hərbi Hava Qüvvələrinin ikinci adamı general Abidin Ünal eyni vaxtda “F-16” qırıcıları ilə uçub. Hər iki general gecə uçuşunda Hərbi Hava Qüvvələrinin Balıkəsir bazasında yoxlamalar aparıblar. Daha sonra generallar pilotlarla söhbət ediblər.

Xatırladaq ki, Hərbi Hava Qüvvələri Komandanlığı oktyabrın 21-dən etibarən Süleyman Şah türbəsi üçün mühafizə tədbirləri həyata keçirir. “F-16” qırıcısı ilə uçuşa qoşulan Hərbi Hava Qüvvələrinin komandiri general Öztürk türbənin mühafizə komandirinə “ehtiyacınız olan vaxtı yanınızdayıq” deyib.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm