Dünya
Keçmiş birinci ledi Ebolaya mahnı yazır
Fransanın keçmiş birinci xanımı Karla Bruni-Sarkozi Ebola ilə mübarizə üçün vəsait əldə etmək məqsədilə mahnı yazır.
Publika.az “The Guardian”-a istinadən xəbər verir ki, Fransanın eks-birinci xanımı Qərbi Afrikada Ebola ilə mübarizə aparmaq üçün Fransada həyata keçirilən “Band Aid” xeyriyyə layihəsinə rəhbərlik edir. Model və müğənni olan Bruninin “Kristmas burada” adlanan yeni mahnısı dünyanın ən böyük media holdinqi olan “Merkuri Music Group” ilə birgə yazılır.
Məlumata görə, Bruni-Sarkozinin keçirdiyi xeyriyyə tədbirinə xeyli sayda tanınmış fransız aktyorlarının da qatılacağı gözlənilir. Mahnı dekabrın 1-də video-çarxın müşayiəti ilə təqdim olunacaq. Əldə olunan gəlirlər isə “Band Air” Fonduna keçiriləcək.
Qeyd edək ki, “Band Aid” - Efiopiyada aclıqla mübarizə üçün pul toplamaq məqsədilə musiqiçilər Bob Geldof və Micem Yura tərəfindən 1984-cü ildə yaradılmış xeyriyyə layihəsidir. Bir çox tanınmış britaniyalı ulduzlar, o cümlədən, Pol Makkartni, Sting və David Boui də daxil olmaqla “Do They Know It’s Christmas?” musiqisini ifa etməklə aclıqla mübarizə üçün 150 milyon dollar toplaya bilmişdilər.
Gülnar Əliyeva
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi