Öcalan: “Bu, Türkiyə üçün fəlakət olar”
Bizi izləyin

Dünya

Öcalan: “Bu, Türkiyə üçün fəlakət olar”

“PKK Abdullah Öcalana “bəli deyir, amma rədd etmə strategiyası” həyata keçirir”.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, belə bir iddia ilə PKK terror təşkilatının lideri Abdullah Öcalanın Ərbildə yaşayan qardaşı Osman Öcalan çıxış edib.

“Mənin fikrimcə, iki PKK var. Biri Qəndildəki, digəri isə İmralıdakı PKK-dır. İmralıdakı PKK xalqın PKK-sıdır. Qəndildəki PKK daha fərqli xüsusiyyətlərə malikdir”, - deyə PKK liderinin qardaşı bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Səlahəddin Eyyubi olmağa namizəd olduğunu açıqlayan O.Öcalan qeyd edib ki, Türkiyənin qarşısında iki yol var: “Birincisi, qarşıdurmadır. Bu türk, kürd və ərəb, bir sözlə hər kəs üçün bir fəlakət olar. Bu yolu heç kim seçməməlidir. İkincisi isə sülh yoludur”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm