Rusiya Orta Asiyanı almaq üçün 865 milyon dollar xərclədi
Bizi izləyin

Dünya

Rusiya Orta Asiyanı almaq üçün 865 milyon dollar xərclədi

Rusiya Orta Asiyada mövqeyini gücləndirmək üçün növbəti addım atıb.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya ilə Özbəkistan arasında Özbəkistanın 865 milyon dollarlıq borcunun silinməsinə dair müqavilə imzalanıb.

Müqavilə Rusiya prezidenti Vladimir Putinin Özbəkistana səfəri çərçivəsində imzalanıb. Müqavilənin altına Putinlə birlikdə Daşkəndə gələn Rusiya maliyyə naziri Anton Siluanov ilə onun özbək həmkarı Rustam Azizov qoyub.

Qeyd edək ki, Rusiya bundan əvvəl SSRİ ilə sosializm düşərgəsində yer alan Kuba və Şimali Koreyanın borclarının bir hissəsini silib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm