Ukrayna hərbi hissələri Rusiya sərhədinə köçürür
Bizi izləyin

Dünya

Ukrayna hərbi hissələri Rusiya sərhədinə köçürür

Ukraynanın bəzi hərbi hissələri cənub-şərqə doğru yerini dəyişdirəcək, bölgədə operativ ərazi idarələri və briqadaları yaradılacaq.

Publika.az-ın “RBK-Ukrayna” xəbər saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna müdafiə naziri Semyon Poltorak Ali Radada çıxışında bildirib.

O qeyd edib ki, 2015-ci ildə hərbi planlaşdırma təhlükələrə uyğun olaraq həyata keçiriləcək. S.Poltorak Ukrayna Müdafiə Nazirliyinin hərbi xərclərini iki dəfə artırmağı təklif etdiyini deyib. “Növbəti ildə hərbi büdcə təxminən 50 milyard qrivna (3,2 milyard dollar) təşkil edir. Bu, Müdafiə Nazirliyinin təklif etdiyi məbləğdir”, - Ukrayna Müdafiə Nazirliyinin başçısı vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm