Əlcəzairdə matəm elan olundu
Bizi izləyin

Dünya

Əlcəzairdə matəm elan olundu

Əlcəzairdə fevralın 11-də baş vermiş təyyarə qəzasının bəzi detalları bəlli olub

Bu gün səhər yayılan məlumata görə, “C-130 Hercules” hərbi sərnişin təyyarəsində uçan adamlardan yalnız bir nəfər sağ qalıb. Hərbi qulluqçu olan həmin şəxs Konstantin şəhərinin hospitalındadır.

Ölənlərin böyük bir qismi hərbi qulluqçular və onların ailə üzvləridir.

Təyyarənin pis hava şəraitindən (güclü külək və qar) qəzaya uğradığı ehtimal olunur.

Əlcəzair prezidentinin fərmanı ilə ölkədə üç günlük matəm elan edilib./milli.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm