Rus millətçiləri Ukrayna könüllü batalyonlarına qoşulur – VİDEO
Bizi izləyin

Dünya

Rus millətçiləri Ukrayna könüllü batalyonlarına qoşulur – VİDEO

Təxminən 20 rus millətçisi Ukraynanın "Azov" könüllü batalyonunda vuruşur.

Publika.az-ın “lifenews.ru” saytına istinadən verdiyi məlumata görə, bu barədə millətçi Roman Jeleznov videomüraciətində deyib.

Onun sözlərinə görə, insanlar Donbasda separatçılara qarşı vuruşmaq üçün öz istəyi ilə gəlirlər. Jeleznov burada təsadüfi insanların olmadığını bildirib. O, Donbasda ümumilikdə iki yüz rus millətçisinin vuruşduğunu deyib.

Ukraynadan vətəndaşlıq almağa ümid edən Jeleznov barəsində Rusiya İstintaq Komitəsi tərəfindən cinayət işi qaldırılıb. Komitənin rəsmi nümayəndəsi Vladimir Markin bildirib ki, Jeleznov silahlı konflikt və hərbi əməliyyatlarda muzdlu kimi iştirak etdiyi üçün barəsində cinayət işi qaldırılıb. Onun daha əvvəllər dələduzluq maddəsi ilə mühakimə olunduğu deyilir.

İstintaqın versiyasına görə, Jeleznov 9 iyul 2014-cü ildə Ukrayna ərazisinə gələrək “Azov" batalyonunun komandirləri ilə görüşüb. Onun könüllü olaraq batalyonun sıralarına daxil olduğu və maddi mükafat qarşılığında silahlı konfliktdə iştiraka razılığı verdiyi deyilir. Rus millətçisinin daha sonra "Azov" batalyonunun digər döyüşçüləri ilə birgə muzdlu kimi döyüş əməliyyatlarında aktiv iştirak etdiyi bildirilir.

Deyilənə görə, Jeleznov hər ay ən azı 4000 Ukrayna qrivnası ( təxminən 320 dollar) maddi mükafat alır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm