Buş prezident seçkilərində iştirak edəcək
Bizi izləyin

Dünya

Buş prezident seçkilərində iştirak edəcək

ABŞ-ın 43-cü prezidenti Corc Buşun qardaşı Ceb Buş 2016-cı il prezident seçkilərində iştirak etməyə hazırdır.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Ceb Buçun özü bu barədə “Facebook” səhifəsində bildirib.

Buşun sözlərinə görə, o, prezident seçkilərində iştirak etmək qərarına ailəsi ilə söhbətdən sonra gəlib.

“Reuters” qeyd edir ki, Ceb Buşun prezidentliyə namizəd olacağı 2009-cu ildən – onun qardaşının Ağ Evi tərk etməsindən danışılırdı. O, 1999-cu ildən 2007-ci ilə qədər Florida ştatının qubernatoru vəzifəsində çalışıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm