Azərbaycanlılar İŞİD daxilində “paralel dövlət” yaratdı – ŞOK
Bizi izləyin

Dünya

Azərbaycanlılar İŞİD daxilində “paralel dövlət” yaratdı – ŞOK

İŞİD lideri Əbu-Bəkr Əl Bağdadinin birbaşa əmiri ilə qruplaşmanın azərbaycanlılar da daxil olmaqla 47 üzvü həbs olunub.


Publika.az xəbər verir ki, Əl-Bağdadi İŞİD-də daxili təmizləməyə başlayıb.
Azərbaycandan və Türkiyədən olan döyüşçülər və bir neçə qadının daxil olduğu 47 nəfərlik qruplaşma tutduqları postdan istifadə edərək İŞİD daxilində öz tərəfdarlarını yüksək vəzifələrə gətirməkdə ittiham olunurlar. Onlardan bəzilərinin Türkiyəyə qaçdığı xəbərləri də yayılıb.

İddialara görə, azərbaycanlıların da daxil olduğu qruplaşma bir çox döyüşçünü həbsə atdırıb, həmçinin ərəb və türk dilində saytlar yaradaraq öz təbliğatlarını aparıb. Məqsədin “dövlət içində dövlət” yaratmaq olduğu deyilir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm