Lukaşenko da rubla arxa çevirdi: “Ancaq dollar və avro”
Bizi izləyin

Dünya

Lukaşenko da rubla arxa çevirdi: “Ancaq dollar və avro”

Belarus Rusiya ilə ticari hesablaşmaların rublla həyata keçirilməsindən imtina edir.

Publika.az-ın “lenta.ru” xəbər saytına istinadən verdiyi məlumata görə, Belarus prezidenti Aleksandr Lukaşenko ölkə hökumətindən Rusiya ilə ticari hesablaşmaların dollar və avro ilə həyata keçirilməsini tələb edib.

Dövlət başçısının sözlərinə görə, belə bir addım çoxdan atılmalı idi. “Hökumətin qarşısına Rusiya ilə ticarətin rublla edilməməsi məsələsi qoyulub”, - Lukaşenko vurğulayıb.

Xatırladaq ki, dövlət başçısı dekabrın 15-də hökumət qarşısında "nəyin bahasına olursa-olsun” Belarus məhsulları üçün yeni satış bazarlarını tapmaq vəzifəsini qoyub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm