Dünya
ABŞ Senatında “erməni soyqırımı“
Erməni lobbisinin güclü dəstəkçilərindən Demokrat Partiyası New Jersey Senatoru Robert Menendez və Respublikaçılar Partiyası Illinois Senatoru Mark Kirk tərəfindən təqdim olunan 399 saylı qanun layihəsində, ABŞ Hökumətinə 1915 hadisələrini "soyqırım" kimi qiymətləndirmə barədə müraciət olunur.
Senat Xarici Əlaqələr Komitəsinə təqdim edilmək üçün hazırlanan
qanun layihəsinin, Komitədə qəbul olunacağı təqdirdə, Senatın Baş
Məclisində də müzakirəyə çıxarılacağı gözlənilir. Ancaq qanun
layihəsi qəbul ediləcəyi təqdirdə belə, həlledici bir gücə malik
olmayacaq.
İMZAÇILAR
ABŞ-dakı Erməni saytlarına görə, qanun layihəsinə imza atanlar
arasında, 2000-ci ildəki prezident seçkilərində Demokrat
Partiyasının Vitse-prezidentliyə namizədi Cozep Liebermanla
birlikdə, senatorlar Barbara Bokser, Maykl Bennet, Diana Feinştein,
Karl Levin, Cek Riid ve Şeldon Vhithouz da yer alır.
Qanun layihəsini hazırlayan senatorlardan Robert Menendes,məsələ
ilə bağlı verdiyi açıqlamasında, 1915 hadisələrinə dair erməni
iddilarının "tarixi bir gerçək" olduğunu vurğulayıb.
Qeyd edək ki, bənzər bir qanun layihə ABŞ Nümayəndələr Palatasına
keçən ilin sentyabr ayında da təqdim olunmuşdu.
Publika.Az
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər