Dünya
Məmur və millət vəkillərindən ibarət nümayəndə heyəti Brüsselə yola düşdü
Publika.Az-ın verdiyi məlumata görə, heyətə baş nazirin müavini, Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova, eləcə də millət vəkilləri Elxan Süleymanov, Qüdrət Həsənquliyev, Zahid Oruc, Fazil Mustafa, Qənirə Paşayeva, Azər Kərimli, Fərəc Quliyev və Ceyhun Osmanlı, hüquq elmləri üzrə fəlsəfə doktoru Fuad Süleymanov və tarix elmləri üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı daxildir.
Səfər proqramı martın 6-da azərbaycanlı qonaqların Brüssel
şəhərinin meri ilə görüşü ilə başlanacaq.
Elə həmin gün Belçika Federal Parlamentinin Nümayəndələr
Palatasında «İşğal edilmiş ərazilər, unudulmuş ərazilər (Dağlıq
Qarabağ münaqişəsi – hüquqi və humanitar aspektlər )» mövzusunda
dinləmələr olacaq.
Martın 7-də Azərbaycan nümayəndə heyətinin Belçika Senatının sədri
xanım Sabine de Bethune ilə görüşü baş tutacaq.
Görüşdən sonra Belçika – Azərbaycan parlamentlərarası əlaqələr üzrə
işçi qruplarının görüşü keçiriləcək. Həmin gün nümayəndə heyətinin
Belcikanın Brüssel əyaləti parlamentinin spikeri ilə görüşündən
sonra Parlament binasında «Avropa Birliyi ölkələrinin Dağlıq
Qarabağ konfliktinin həllindəki rolu» mövzusunda «Sərhədsiz
Hüquqşünaslar» təşkilatının təsisçisi Pierre Legros və « Avropada
strateji araşdırmalar və təhlükəsizlik mərkəzi» nin direktoru
Claude Moniquet ilə debatların aparılması nəzərdə tutulur.
Martın 7-də axşam Azərbaycan nümayəndə heyəti Azərbaycan
Respublikasının Belçikadakı Səfirliyində Xocalı şəhidlərini anma
mərasimində və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə
həsr olunmuş fotosərgidə iştirak edəcək.
Martın 8-də nümayəndə heyətimiz Azərbaycana qayıdacaq.
Rüfət Əhmədzadə
Publika.az
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi