Ali Radanın deputatlarına qumbara atdılar - VİDEO
Bizi izləyin

Dünya

Ali Radanın deputatlarına qumbara atdılar - VİDEO

Kiyevdə naməlum şəxslər “Kiyev" mehmanxanasının yaxınlığında Ali Radanın deputatlarına qumbara atıb.

Publika.az-ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin Kiyev idarəsindən bildirilib.

Hadisə dünən yerli vaxtla saat 23:20-də Qruşevski küçəsində baş verib. Həmin küçədə Ukrayna Ali Radasının binası yerləşir. Naməlum şəxslər deputatların ayaqları altına qumbara atıb. Deputatların arasında Ali Rada sədrinin birinci müavini Andrey Parubiy də olub.

Qumbaranın partlayışından sonra cinayətkarlar gizlənməyə çalışıb və onları təqib edən milislərə daha bir qumbara atılıb. Nəticədə bir milis əməkdaşı yaralanıb. Deputatlardan isə zərər çəkən yoxdur.

Hazırda cinayətkarların müəyyənləşdirilməsi üçün axtarış-əməliyyat tədbirləri başlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm