Jirinovski Putini güldürdü – VİDEO
Bizi izləyin

Dünya

Jirinovski Putini güldürdü – VİDEO

Rusiya Liberal Demokrat Partiyasının sədri, Dövlət Dumasının üzvü Vladimir Jirinovski ölkədə müasir “Dostoyevskilər”in az olmasından şikayətlənib.

Publika.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, qalmaqallı siyasətçi mədəniyyətin vəziyyəti haqqında Kremldə keçirilən müşavirədə çıxışında bunun səbəbini də açıqlayıb.

“Ölkədə müasir "Dostoyevskilə”, "Çaykovskilər" və "Mayakovskilər" yoxdur, yaxud da həddən artıq azdır. Çünki onların arasında keçmiş məhbuslar azdır. Dostoyevski böyük yazıçı oldu, çünki on il həbsdə oldu. Mən hansı nəticəni çıxarıram? İçəridə oturmaq lazımdır!", - Jirinovski deyib.

Siyasətçinin versiyasına görə, üç-beş il həbsxana həyatı yaşayan Rusiya yazıçıları dərhal müasir "Dostoyevskilər”ə çevriləcəklər. Jirinovskinin sözlərinə görə, sənət və mədəniyyəti ya həbsxana, ya da seksual azlıqlar yaradır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm