Dünya
Ali Məhkəmənin hakimi ovda öldürüldü
Belarus Ali Məhkəməsinin hakimi Viktor Rakitski ov edərkən həlak olub.
Publika.az-ın “lenta.ru” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Belarus İstintaq Komitəsi bildirib.
Komitədən verilən məlumata görə, hakim 27 dekabrda həlak olub. Güllə yarası alan hakim hadisə yerində dünyasını dəyişib. Onunla ovda olanların kimliyi açıqlanmasa da, Minsk sakinlərinin olduğu bildirilir.
İstintaq Komitəsi “ehtiyatsızlıqdan adam vurma” maddəsi üzrə cinayət işi qaldırıb. Hadisə ilə bağlı saxlanılanlar barədə məlumat yoxdur.
Viktor Rakitski daha əvvəllər rayon məhkəmələrində, 2000-ci illərin əvvəlində isə Minsk vilayət məhkəməsində işləyib və daha sonra Ali Məhkəməyə keçib.
Ömər Dağlı
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO