Kürd liderdən şok tələb: “İraq xəritəsi dəyişməlidir”
Bizi izləyin

Dünya

Kürd liderdən şok tələb: “İraq xəritəsi dəyişməlidir”

Şimali İraq regional kürd rəhbərliyinin başçısı Məsud Bərzani “Sykes-Picot” andlaşmasının dəyişməli olduğunu deyib.

Publika.az-ın verdiyi xəbərə görə, “Reuters”ə danışan Bərzani İraq xəritəsinin dəyişməli olduğunu söyləyib.

O, İraqın hazırkı xəritəsinin reallığı əks etdirmədiyini dilə gətirib. Bərzani İŞİD-ə qarşı həyata keçirilən strategiya ilə əlaqədar amerikalı bir generalla görüşdüyünü deyib. “Mənim planımı soruşdular. Mən planım “Sykes-Picot” andlaşmasının dəyişdirilməsidir”, - Şimali İraq regional kürd rəhbərliyinin başçısı vurğulayıb.

Qeyd edək ki, “Sykes-Picot” gizli andlaşması 1916-cı il 9 may tarixində Fransa və Böyük Britaniya arasında imzalanıb. Andlaşma Osmanlı dövlətinin bölüşdürülməsini nəzərdə tutur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm