• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Obama səfirləri rüşvətə görə təyin edir – ŞOK İDDİA

  • Dünya
  • 2 Yanvar 2015 12:43
  • 740 Baxış
Obama səfirləri rüşvətə görə təyin edir – ŞOK İDDİA

ABŞ Konqresində prezident Barak Obamanın səfir namizədləri mübahisə yaradıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, “Cəsur və gözəl” serialının prodüseri Kollen Bell Macarıstana səfir təyin olunub.

İslandiya və Norveçə səfir postuna irəli sürülən namizədlərin isə bu ölkələrə heç getmədikləri ortaya çıxıb. Seçki kampaniyasına ianələr ödəyən şəxslərin səfir təyin edilməsi ənənəsi keçmişdən qalıb. Amma təcrübəsiz adların məhz Obamanın seçki kampaniyasına böyük miqdarda ianələr ayırdığına görə ABŞ-ı xaricdə təmsil etmək üçün göndərilməsi respublikaçılar tərəfindən sərt qarşılanıb.

Obamanın Macarıstana prodüser Kollen Belli səfir olaraq irəli sürməsi respublikaçıların səbrini daşıran son damla olub. Respublikaçı senator Con Makkeyn “Siyasi təyinatlara qarşı deyiləm, sistemin necə işlədiyini bilirəm. Amma Rusiya ilə arası bu qədər yaxşı olan bir ölkəyə serial prodüserinin göndərilməsi doğru deyil” deyib.

Ağ Evin sözçüsü Coş Ernest isə bildirib ki, Bell hakimiyyətin etibarını qazanan bir şəxsdir. O, Bellin ABŞ-ı Macarıstanda uğurla təmsil edəcəyinə innadığını dilə gətirib.

“Amerikanın səsi” ianələr yolu ilə səfir olmanın xərclərini də araşdırıb. Qeyd olunur ki, Demokratlar Partiyaya ən azı yarım milyon dollar ianə ayıran şəxs səfir olmaq yolunda önəmli məsafə qət edir. “Bu şəxslər məhz pul verdikləri üçün daha təcrübəli namizədlərin qarşısını kəsirlər”, - “Amerikanın səsi” bildirib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR