Yeni il günü 9 nəfər düyü kökəsindən ölüb - FOTO
Bizi izləyin

Dünya

Yeni il günü 9 nəfər düyü kökəsindən ölüb - FOTO

Yaponiyada Yeni ili düyü kökəsi yeməklə qarşılayan azı 9 nəfər qidanın boğazda qalması nəticəsində boğularaq ölüb.

Publika.az xəbər verir ki, "Moti" adı ilə Yaponiyada məşhur olan bu düyü kökələri ənənəvi yapon mətbəxinin əvəzedilməz bir yeməyi sayılır. Yapışqanlığı ilə seçilən motilərə tələbat xüsusilə Yeni il bayramı günlərində kəskin artır.

Rəsmilər motini xırda tikələrə bölərək yaxşıca çeynəməyi və yalnız bundan sonra udmağı məsləhət görürürlər, əks halda yapışqan kökənin boğazda ilişib qalması və nəfəs borusunu tıxması ehtimalı xeyli artır.

Yaponiyanın Yomiuri Şimbun qəzetinin məlumatına əsasən, moti həvəskarlarından 128 nəfəri Yeni il bayramından sonra xəstəxanalara çatdırılıb, onlardan 9 nəfərini xilas etmək mümkün olmayıb.

Yaponiyada motinin boğazda ilişib qalmasına görə baş vermiş ölüm halları nadir hadisə sayılmır, belə ki bu səbəbdən hər il orta hesabla bir neçə nəfər, əsasən yaşlı adamlar, ölür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm