Avropalılar şokda: Avropanı parçalayacaq lider baş nazir olur
Bizi izləyin

Dünya

Avropalılar şokda: Avropanı parçalayacaq lider baş nazir olur

Yunanıstanda yaşanan iqtisadi böhran və parlament seçkiləri öncəsi baş verənlər Avropanı qorxudub.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Avropanı qorxudan isə solçu-radikal "Siriza" partiyasının lideri Aleksis Çiprasın seçki kampaniyasında verdiyi bəyanatlardır.

Yunanıstanda növbədənkənar parlament seçkiləri 25 yanvarda keçiriləcək. Seçkilər öncəsi solçu-radikal partiya lideri Çiprasın reytinqinin yüksəlməsi Avropanı narahat edir. Yunanıstanın baş naziri və koalisiya hökumətinə rəhbərlik edən mühafizəkar Yeni Demokratiya Partiyasının (YDP) lideri Andonis Samaras ana müxalifətdəki "Siriza" partiyasını sərt şəkildə tənqid edib.

Andonis Samaras rəy sorğularına istinad edərək irəlidə olan “Siriza”nın iqtidara gələcəyi halda Yunanıstanın Şimali Koreyaya çevirəcəyini bildirib. Baş nazir “Siriza”nın 40 yaşındakı lideri Aleksis Çiprasın bəyanatlarının Avropa Birliyi əleyhinə olduğunu xatırladıb. “Siriza” lideri iqtidara gələcəyi halda Yunanıstana maliyyə yardımı edən Avropa Birliyi və Beynəlxalq Valyuta Fondu ilə müzakirələri dayandıracağını və müzakirələri sıfırdan başlayacağını bildirir. Əgər bu addım atılsa, maliyyə yardımları eyni vaxtda kəsiləcək və ölkə müflisləşəcək. Ölkənin əkinçilik sektoru isə tamamilə çökəcək”, - baş nazir deyib.

Almaniyanın “Der Spiegel” qəzeti isə Çiprası “Avropanın ən təhlükəli siyasətçisi” adlandırıb. Nəşr hesab edir ki, Çipras Avropa Birliyini belə dağıdacaq gücə sahibdir. “Siriza”nın İtaliya, İspaniya və Portuqaliyadakı sol meylli partiyalara nümunə ola biləcəyi və Avropa Birliyinin zəngin ölkələrinə qarşı çıxa biləcəyi iddia edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm