Fransadakı terror: Keçi ilində kimi “günah keçisi” çıxaracaqlar?
Bizi izləyin

Dünya

Fransadakı terror: Keçi ilində kimi “günah keçisi” çıxaracaqlar?

Avropa yenidən qarışdı. Silahlı şəxslərin Fransanın paytaxtı Parisdə “Charlie Hebdo” satirik jurnalın ofisinə basqın etməsi nəticəsində redaksiyanın 10 əməkdaşı, eləcə də iki polis əməkdaşı öldürülüb. 20 nəfər yaralanıb. 3 silahlı şəxs isə aradan çıxa bilib.

Dünəndən Fransada terror əleyhinə kütləvi mitinqlər keçirilir.

Avropalılar keçi ilində “günah keçisi”ni də tapıblar. Cinayətkarlar tutulmamış, terroru radikal islamçıların törətdiyi söylənilir. Fərqi yoxdur bunu kim törədib – “Əl Qaidə”, yaxud İŞİD. Bütün müsəlmanlar bu cinayətə görə cavab verməli olacaqlar.

Kim nə deyir desin, bu terror aktı “11 sentyabr”ın yeni variantıdır. Ssenari əla yazılıb.

“Charlie Hebdo” dəfələrlə islamı təhqir edən yazılarla çıxış edib və 2012-ci ildə Məhəmməd peyğəmbərin karikaturasını yayıb. Jurnalın bu addımı müsəlman ölkələrində haqlı narazılığa və hətta qarşıdurmalara səbəb olub. Yəni müsəlmanların qisas almağa motivi vardı.

Elə də oldu. Qara maskalı terrorçular redaksiyaya daxil olur, bir-iki ağız “Allahu Əkbər” çığıraraq atəş açır. Daha kim inanmaz ki, bunu islamçılar etməyib?

Əslində isə, bu çox ciddi planlaşdırılmış aksiya olub.

Əvvəla, onu qeyd edək ki, fransız əks-kəşfiyyatı dünyanın ən güclü xüsusi xidmət orqanlarından biridir. Fransa ənənəvi olaraq Şərqdə həmişə aktiv olub. Odur ki, fransız xüsusi xidmət orqanlarının ərəb ölkələrində geniş agentura şəbəkəsi var. Bundan başqa, Parisdə terrorçuluqla mübarizə aparan “UCLAT” və “DRPP” kimi təşkilatlar var.

Terrorçular jurnalın binasına o anda daxil olublar ki, bütün kollektiv iclasda olub. Onları güllələyərkən də, adbaad çağırıblar. Bu informasiyanı terrorçular necə əldə edib? Belə çıxır ki, günlərlə jurnalistləri izləyiblər, telefonlarını dinləyiblər, aksiya hazırlayıblar. Bəs xüsusi xidmət orqanları harada olub? Axı Parisdə terror olacağı barədə əvvəlcədən xəbərdarlıq da edilmişdi.

Həm də kadrlardan görünür ki, terrorçu geyimində olan şəxslər çox professionallıqla hərəkət edir, soyuqqanlıqla atəş açırlar. 2 polis işçisini öldürüb aradan çıxa bilirlər. Onlar terrorçuya yox, uzun illər xüsusi hazırlıq keçmiş şəxslərə bənzəyirlər. Əlbəttə, kimlərsə həbs ediləcək və cinayəti onların etdiyi söyləniləcək.

Necə ki, 11 sentyabr hadisələrində dəvə minən ərəbləri təyyarələrə oturdub binaları partlatdılar. Soruşan olmadı ki, əgər əmri verən “Əl Qaidə” lideri Üsamə Bin Ladendirsə, niyə onun qardaşı Səlim Bin Laden Amerika Birləşmiş Ştatları Müdafiə Sənayesi səhmlərinin böyük bir hissəsinə sahibdir? Ata Buş, Kisencer dəfələrlə Bin Ladenlərin evində qonaq olublar.

Bu faktların üzərindən sükutla keçirilir. Əsas odur ki, o vaxt hər şey “Əl Qaidə”nin üstünə atdılar. Əfqanıstan, İraq az sonra işğal olundu. Dünyanın xəritəsi dəyişdi. Bir çoxları indi anlayırlar ki, “Əl Qaidə” də, İŞİD də ABŞ və Qərb projesidir.

İndi “cini” növbəti dəfə “butulkadan” buraxdılar. Qədim Romada belə bir ifadə vardı – CUİ PRODEST? Latıncadan tərcümədə “bu kimə sərfəlidir” mənasını verir.

Yəqin ki, yaxın zamanlarda bu terror aktının kimə sərf edəcəyini biləcəyik. Proses başladı.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm