Qırzbəkistan – jurnalistin səhvi internet trendinə çevrildi
Bizi izləyin

Dünya

Qırzbəkistan – jurnalistin səhvi internet trendinə çevrildi

ABŞ jurnalistinin yazısında yanlış tələffüz edilmiş Mərkəzi Asiya ölkəsinin adı internet trendinə çevrilərək çoxsaylı şərhlərə təkan verib.

Publika.az BBC-yə istinadən xəbər verir ki, New York Times qəzetinin müxbiri Con Branç alpinist Tommy Calduelin 2000-ci ildə Pamirdə oğurlanması barədə yazarkən nəzərdə tutduğu Qırğızıstanın adını Qırzbəkistan (Kyrzbekistan) kimi göstərib.

Yanvarın 7-də dərc olunmuş məqalədəki səhvi tutan nəşrlərin jurnalistləri və oxucular dostyana iradlarını bildiriblər.

"23 il əvvəl Sovet İttifaqının dağılması bir neçə yeni ölkənin yaranması ilə nəticələndi. Onlardan bir çoxunun adı “stan”la bitir. Məsələ kifayət qədər mürəkkəbdir və buna görə də bu kimi səhvlər olur”, - Washington Post qəzeti səhvlə bağlı istezalı şərhində bildirib.

Nəticə olaraq qəzetin onlayn versiyasında çıxan məqalədəki səhv düzəldilib.

"Məqalənin əvvəlki variantında Tommi Caldueli oğurluyanları təqib edən qoşunların mənsub olduğu ölkənin adı düzgün göstərilməyib. Bu mövcud olmayan Qırzbəkistan yox, Qırğızıstandır”, - jurnalist öz səhvinə görə üzr istəyib.

Lakin düzəlişlər edilənədək uydurma dövlət internet məkanında artıq məşhurlaşıb və onunla bağlı çoxsaylı şərhlər yayılmağa başlayıb. Olaydan sonra "Twitter”də #Kyrzbekistan həştəqilə minlərlə messajlar paylaşılıb. Ölkənin ingilisdilli @kyrzbekistan hesabı yaradılıb.

Bloqçulardan biri Qırzbəkistanın sürətlə “ən populyar və çox müzakirə olunan” ölkəyə çevrildiyini yazıb.

"Belə ölkə yoxdu? Qırzbəkistanlılar bundan çox məyus ola bilərlər”, - daha bir "Twitter” postunda deyilir.

İnternetdə Qırzbəkistan saytları yaradılıb və bu ölkəyə baş çəkmək istəyənlərə səyahətlə bağlı məsləhətlər təklif edilir.

Con Branç isə "Twitter”-dəki müzakirələrə yarızarafat münasibət bildirərkən bu yaxınlarda Qırzbəkistanda olacağını yazıb. Bəzi bloqçular ümid edir ki, internet müzakirələri Mərkəzi Asiya ölkələrinə marağı artıraraq adamları Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Tacikistana baş çəkməyə həvəsləndirə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm