"Boko Haram" Kameruna hücum etdi
Bizi izləyin

Dünya

"Boko Haram" Kameruna hücum etdi

"Boko Haram" yaraqlıları Kamerunun Nigeriya ilə sərhəd kəndlərindən uşaqlar daxil olmaqla azı 60 nəfəri oğurlayıb.

Publika.az-ın məlumatına görə, bu barədə Kamerun rəsmiləri bildirib. Onların sözlərinə görə, yaraqlıların qarşısını almağa çalışan bir neçə nəfər öldürülüb, 80 ev isə yandırılıb.

Nigeriyanın şimalında yerləşən Potiskum şəhərində isə avtobus dayanacağında intiharçı bomba hücumu baş verib. Nəticədə azı 25 nəfər yaralanıb.

Hadisəyə görə məsuliyyəti heç kəs üzərinə almasa da, rəsmilər bunun Boko Haram qrupu tərəfindən törədildiyindən şübhələnir.

Hər iki hadisə Çadın Boko Haram islamçı yaraqlı qrupu ilə mübarizə aparmaq üçün Kameruna minlərlə əsgər göndərməsindən sonra baş verib. Afrika ölkələrinin rəsmiləri bildirib ki, yaraqlılar artıq bütün region üçün təhlükəyə çevrilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm