Dünya
ŞOK İDDİA: “II Yelizaveta Hz. Məhəmmədin nəslindəndir” - VİDEO
Misirin sabiq müftisi Əli Cümə kraliça II Yelizavetanın İslam peyğəmbəri Həzrəti-Məhəmmədin (S) soyundan olduğunu iddia edib.
ANS PRESS-in məlumatına görə, müftinin bu iddiası ərəb mətbuatında geniş müzakirələrə səbəb olub. Müfti Cümə iddialarını yerli “Mubaşir” telekanalına verdiyi müsahibədə səsləndirib.
Keçmişdə Avropada yaşayan müsəlmanların ağır təzyiqlərə məruz
qaldığı xatırladan müfti iddia edib ki, onlardan bəziləri dinlərini
dəyişdirməyə məcbur olurdular.
“O vaxtlar Avropada olan müsəlmanlıar dinlərini yaşamaqda böyük
çətinliklər çəkirdilər. Bəziləri təzyiqlərə dözə bilməyib dinlərini
dəyişirdilər. Bir tarixdə Haşimi soyundan olan bir nəfər ələ
keçirildi. Məruz qaldığı təzyiqlərdən sonra həmin şəxs kraliçanın
babası olduğunu qəbul etdi. Bəs kraliça niyə müsəlman olmadı? Çünki
babası da İspaniyadakı müsəlmanlar kimi təzyiq və sıxıntılardan
sonra İslamdan uzaqlaşmağa məcbur oldu”.
Daha əvvəl ölkədə hakimiyyəti hərbi çevriliş yoluyla ələ keçirən general Əbdülfəttah əs Sisiyə dəstəyini nümayiş etdirən sabiq müftinin iddiaları birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə müsəlmanlar Əli Cümənin bu iddialarını etirazla qarşılayıb. Bəzi din alimləri isə bu fikirləri axmaqlıq adlandırıblar.
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək