Dünya
Rusiyalı general: “Rusiya Xəzərin istənilən nöqtəsini vura bilər”
Rusiyanın Xəzər donanmasının istifadəsinə 2013-cü ildə uzaq məsafədən hədəfləri məhv etməyə imkan verən qanadlı raketlərlə silahlandırılmış üç hərbi gəmi verilib.
Publika.Az –ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin kollegiya iclasında Cənub Hərbi Dairəsinin komandanı Aleksandr Qalkin bildirib.
A.Qalkin sözügedən gəmilərin Xəzər dənizinin istənilən nöqtəsindəki hədəflərə zərbələrin endirilməsinin effektliyini artırmağa imkan verəcəyini söyləyib. Cənub Hərbi Dairəsinin komandanı sualtı diversiya qüvvələri və vasitələrin aşkar edilməsi imkanlarının da artdığını dilə gətirib.
“Hərbi birləşmələrin formalaşması üzrə 2013-cü ildə görülən tədbirlər və donanmanın müasir silahlarla təchizatı nəticəsində Cənub Hərbi Dairəsinin döyüş imkanları 11 faizdən çox artıb. Keçən ilin sonlarında Qara dəniz donanmasına maliyyə vəsaitinin ayrılması nəticəsində donanmanın texniki hazırlığında mühüm irəliləyiş əldə olunub”, - o, vurğulayıb.
Ömər Dağlı
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək