“Əl-Qaidə” Dünya Bankının Yəmən bölməsinə hücum etdi
Bizi izləyin

Dünya

“Əl-Qaidə” Dünya Bankının Yəmən bölməsinə hücum etdi

“Əl-Qaidə” terror təşkilatının Yəmən qolu Dünya Bankının Yəmən bölməsinə hücum edib.

Publika.az xəbər verir ki, bu barədə yerli mənbəyə istinadən “Sputnik” informasiya agentliyi bildirib.

Məlumata görə, terror qruplaşmasının üzvləri Dünya Bankının El-Mukalla şəhərində yerləşən bölməsinə hücum edərək bankın əməkdaşlarını silahla hədələyib və böyük miqdarda pul oğurlayıblar.

Qeyd edək ki, 2011-ci ildə hakimiyyət dəyişməsindən sonra Yəməndə qeyri-stabil vəziyyət yaranıb. Son günlər şiə Husi tayfası ilə hökumət gücləri arasında qarşıdurmalar güclənib. Dünən tayfa silahlıları paytaxt Sanadakı prezident sarayını ələ keçirib.

“Əl-Qaidə” təşkilatı isə ölkənin cənubunda tez-tez terror aktları həyata keçirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm