Ədliyyə binası qarşısında atışma: 1-i polis olmaqla 4 yaralı
Bizi izləyin

Dünya

Ədliyyə binası qarşısında atışma: 1-i polis olmaqla 4 yaralı

2 il əvvəl ərazi anlaşmazlığı səbəbindən yaranmış mübahisə davaya çevrilib. Nəticədə, bir neçə şəxs ağır bədən xəsarətləri alıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Amasyanın Taşova mahalı Baraklı kəndində baş vermiş insident zamanı Mehmet Uluçam qonşusu Ayhan Şahin tərəfindən tapançayla vurularaq öldürülüb. Şahin isə məhkəmə qərarı ilə həbs olunub.

Amasya Ağır Cəza Məhkəməsində mühakimə olunan Aydan Şahin bu gün hakim qarşısına çıxarılıb. Məhkəmə heyəti onun həbs müddətinin uzadılması ilə bağlı qərar verdikdə proses təxirə salınıb.

Qeyd edək ki, bu gün baş tutmuş proses zamanı Aydan Şahinin qətlə yetirdiyi Mehmet Uluçamın oğulları Kadir, Abdulkadir və Yavuzla məhkəmədə mühakimə olunan şəxsin qardaşları Necip və Ali arasında mübahisə yaranıb. Ədliyyə binası qarşısında baş tutmuş mübahisə bir qədər sonra davaya çevrilib. Nəticədə, Necip Şahin belindəki tapançanı çıxarıb və mərhumun 3 oğlunu güllələyib. Daha sonra isə hadisə yerindən uzaqlaşıb. Necip Şahinin arxasınca düşən polis əməkdaşları dalanların birində onu yaxalayıblar.

Onu da bildirək ki, hadisə zamanı mübahisə edən tərəfləri sakitləşdirməyə çalışan 1 polis əməkdaşı da ağır bədən xəsarəti alıb. Yaralılar təcili tibbi yardımla xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam edir.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm