Zaxarçenko: “Ukraynalılar nə vuruşa, nə müdafiə oluna bilir” – FOTOLAR
Bizi izləyin

Dünya

Zaxarçenko: “Ukraynalılar nə vuruşa, nə müdafiə oluna bilir” – FOTOLAR

Donetsk aeroportu uğrunda döyüşlər Ukrayna ordusu üçün pis nəticələnib.

Publika.az “KP.RU”-ya istinadən xəbər verir ki, “kiborq”ların çoxu öldürülüb, sağ qalanlar isə əsir alınıb. Qondarma Donetsk Xalq Respublikasının prezidenti Aleksandr Zaxarçenko jurnalistlərə müsahibə verib:

“Ukrayna üçün vəziyyət kritikdir. Axı demişdik ki, qışda ayını oyatmaq olmaz. Bu da nəticəsi. Ukraynalılar vuruşa bilmir. Heç müdafiə oluna da bilmirlər. Aeroportu 200 gün əllərində saxlamaları onların şücaəti deyil. Sadəcə, vaxt verirdik, ümid edirdik ki, çıxıb sağ-salamat gedərlər. Getmədilər. 3 gün içində məsələni həll etdik.

Əsir kiborqları küçədə gəzdiririk. Qoy görsünlər ki, bizə qarşı olan hər kəsi parçalaya bilərik.

Ölənlərin meyitlərini Ukrayna tərəfinə qaytaracağıq”.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm