Dünya
Şavkat Mirziyayev yenidən Özbəkistanın baş naziri seçilib
Yanvarın 23-də Özbəkistan parlamentinin aşağı və yuxarı
palatalarının birgə iclası keçirilib. İclasda Prezident İslam
Kərimov də iştirak edib.
Publika.az-ın məlumatına görə, AzərTac-ın Özbəkistandakı müxbiri
xəbər verir ki, Ali Məclisin sədri Nuriddinjon İsmayılov iclası
açaraq xatırladıb ki, ötən ilin dekabr ayında və yanvarın
əvvəllərində Özbəkistan parlamentinin Ali Məclisinə və Senata
seçkilər keçirilib. Qanunvericiliyə uyğun olaraq, seçkilərdən sonra
Baş nazir istefa verməlidir və o da belə bir müraciətlə çıxış edib.
Qanunvericiliyə uyğun olaraq seçkilərdə ən çox deputat mandatı
qazanan partiya Baş nazirin namizədliyini təklif etmək hüququna
malikdir. Sahibkarlar və İşgüzar Adamlar Hərəkatı -
Liberal-Demokratik Partiyasından 52 deputat seçildiyinə görə bu
partiya Şavkat Mirziyayevin yenidən Özbəkistanın Baş naziri
vəzifəsinə namizədliyini irəli sürüb.
Özbəkistan Prezidenti İslam Kərimov çıxışında Şavkat Mirziyayevin
namizədliyini dəstəkləyib. Dövlət başçısı deyib ki, Baş nazir kimi
Şavkat Mirziyayev böyük işlər görüb.
Müzakirələrdən sonra Şavkat Mirziyayevin Baş nazir kimi namizədliyi
böyük səs çoxluğu ilə təsdiq olunub.
Baş nazir çıxış edərək ona etimad göstərdiklərinə görə Ali Məclisin
və Senatın deputatlarına minnətdarlıq edib, hökumətin proqramı
haqqında məlumat verib.
Xatırladaq ki, Şavkat Mirziyayev 2003-cü ildən Özbəkistanın Baş
naziri vəzifəsində işləyir.
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"