Ərdoğanı ərəb şahzadəsinə bənzətdilər
Bizi izləyin

Dünya

Ərdoğanı ərəb şahzadəsinə bənzətdilər

Türkiyə mediası ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanı zahirən Səudiyyə Ərəbistanı şahzadələrindən birinə bənzədib.

Publika.az-ın məlumatına görə, bu barədə Türkiyənin Anadolu Dövlət Agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Səudiyyə Ərəbistanı kralı Abdullah ibn Əbdüləzizin cənazə mərasiminə qatılan prezident R.T.Ərdoğanın burada ərəb şahzadələrindən birinə zahirən bənzərliyi diqqət çəkib.

Ərdoğan yeni kral Salman ibn Əbdüləziz və digər şəxslərlə bir arada məsciddə cənazə namazı qılmağa hazırlaşarkən fotoqraflar tərəfindən görünütlənib. Bu zaman məsciddə yanaşı dayanmış ərəb şahzadələrindən biri ilə Ərdoğanın bir-birinə bənzəməsi diqqəti cəlb edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm