Misirli cihadçılara İŞİD-ə qoşulma qadağası: 1 milyon dollarlıq səbəb...
Bizi izləyin

Dünya

Misirli cihadçılara İŞİD-ə qoşulma qadağası: 1 milyon dollarlıq səbəb...

“İslam Dövləti” (İŞİD) terror təşkilatının Misirdən olan üzvü topladığı xəracları oğurlayaraq Türkiyəyə qaçıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə müxalifətə məxsus Suriya Mətbuat Mərkəzi bildirib.

İddiaya görə, İŞİD-də “zəkat”ların toplanmasına cavabdeh olan Misir vətəndaşı Əbu Ubeydə Əl-Masri təxminən bir milyon dollarla Türkiyəyə qaçıb. O oğurladığı “zəkat”ı İŞİD-in nəzarətində olan Suriyanın Deyrizor şəhərində toplayıb. İŞİD bu hadisədən sonra “misirli cihadçıların təşkilata üzv qəbul olunmaması” barədə təlimat verib.

Suriya İnsan Haqları Təşkilatı bir müddət əvvəl İŞİD-in Suriyada “zəkat” adı altında xərac topladığını xəbər vermişdi. Təşkilatın məlumatına görə, İŞİD bütün tacirlərdən satışdan əldə olunan pulun 2,5 faizini zəkat adı altında toplayır.

Suriya Mətbuat Mərkəzi Əbu Ubeydənin İŞİD-dən qaçan ilk yüksək səviyyəli təşkilat üzvü olmadığını bildirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm