Dünya
İŞİD amerikalı qızın öldüyünü təsdiqlədi - FOTO
Xeyriyyə cəmiyyətinin əməkdaşı, ABŞ vətəndaşı Kayla Cin Mülerin ailəsi qızlarının öldüyünü təsdiqləyib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, açıqlamada Mülerin harada və necə öldüyünə dair hər hansı bir məlumat yoxdur.
Terror təşkilatı isə iddia edir ki, amerikalı girov qız İordaniya qırıcılarının Suriyada İŞİD-in mövqelərinə aviazərbələri zamanı həlak olub. Terrorçular Rakkada hava hücumuna məruz qalan binanın fotolarından başqa sübut göstərməyiblər.
İordaniya isə İŞİD-in bəyanatına inanmadığını bildirib. Kayla Cin Mülerin ailəsi də qızlarının ölüm xəbərinə inanmadıqlarını bildirmişdilər. Terrorçulara müraciət edən valideynlər qızlarına “qonaqları kimi” davranmasını istəmişdilər.
Şimali Arizona Universitetinin məzunu 26 yaşlı Keyla Cin Müler 2012-ci ildə suriyalı qaçqınlara kömək üçün Suriya-Türkiyə sərhəddinə gəlib. Növbəti ildə o, Hələb şəhərindən oğurlanıb.
Ömər Dağlı
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər