Dünya
Danimarkada terrorçu məhv edilib
Danimarkanın paytaxtı Kopenhagendə terror aktları törətməkdə şübhəli bilinən cinayətkarların aşkar edilməsi üzrə təxminən 15 saat davam edən xüsusi əməliyyat başa çatıb.
Publika.az-ın məlumatına görə, “Krudtenden” kafesinə və
Kristalqade küçəsindəki sinaqoqa silahlı hücum edən cinayətkar
Norrebro vağzalı yaxınlığında məhv edilib. Polis əməkdaşı Torben
Melqor Yensen mətbuat konfransında bu fərziyyənin təhlükəsizlik
kamerası ilə çəkilmiş kadrlara əsaslandığını, ancaq hələ əlavə
sübutların tələb olunduğunu söyləyib.
Xatırladaq ki, fevralın 14-də Kopenhagen polisi əvvəlcə
“Krudtenden” kafesində “İncəsənət, küfr və söz azadlığı” mövzusunda
müzakirələr zamanı atışma baş verdiyini elan edib. Sonra şəhərin
sinaqoqlarından birində atışma olub. Nəticədə iki nəfər həlak olub,
altı nəfər yaralanıb.
Cinayətkarların tutulması üçün Kopenhagen səmasına polis
helikopterləri qaldırılıb, şəhərin mərkəzinə xüsusi təyinatlı
dəstələr cəlb edilib. Sakinlərə zərurət olmadığı təqdirdə küçəyə
çıxmamaları məsləhət görülüb.
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi